Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov növbəti səyyar qəbul-görüşünü Kazımabad kənd sakinləri ilə keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 fevral tarixində verir.
Görüşdə rayon İcra Hakimiyyəti aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.
Rayon rəhbəri bütün müraciətləri və yerli sakinlərin istək və qayğılarını dinləyib, İcra Hakimiyyətinin səlahiyyətlərinə aid məsələlərin yerindəcə həll olunmasına dair göstərişlərini verib. İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olan məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciətlərin edilməsi tapşırılıb.