Cəlilabad rayon icra başçısı Rafiq Cəlilov Badamağac kəndində sakinlərlə növbəti səyyar qəbul keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 iyun tarixində verir.
Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, xidmət və təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər. Görüş zamanı vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib. Bir sıra məsələlərin yerindəcə həll olunmasına rayon rəhbəri tərəfindən göstərişlər verilib. Araşdırılmasına ehtiyac olan müraciətlər isə aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.