Qızılağac Milli Parkında 2 fevral - Ümumdünya Su-Bataqlıq Əraziləri Günü ilə əlaqədar “açıq qapı” günü təşkil olunacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 fevral tarixində verir.
“Acıq qapı” günü sabah, 2 fevral tarixində baş tutacaq.
Qeyd edək ki, respublikamızda sahəsi 200 min hektardan artıq su-bataqlıq əraziləri mövcuddur. Azərbaycanda Ağgöl və Qızılağac milli parkları mühüm su-bataqlıq əraziləri kimi “Ramsar” Konvensiyasının siyahısına daxil olunub.