Masallı Rayon Prokurorluğuna rayon sakini Elnur Məmmədovun ölməsi barədə məlumat daxil olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 yanvar tarixində verir.
Müəyyən edilib ki, Musaküçə kənd sakini, 28 yaşlı Nurlan Nuriyev həmkəndlisi, 30 yaşlı Elnur Məmmədova aralarında yaranmış mübahisə zamanı başının və bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik vurub. Nəticədə xəsarət alan xəstəxanada dünyasını deyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmənin qərarı əsasında Nurlan Nuriyev barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda ibtidai istintaq davam edir.