top
Professor Sudeif İmamverdiyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub
19 iyul 2023, 07:09
- ↺ +

Professor Sudeif İmamverdiyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub

Türk Ağsaqqalları Birliyinin sədri, sabiq deputat, AMEA-nın müxbir üzvü, uroloq, tibb elmləri doktoru, professor Sudeif Bəşir oğlu İmamverdiyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə Sudeif Bəşir oğlu İmamverdiyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Sudeif İmamverdiyev 2 iyul 1938-ci ildə Astara şəhərində müəllim ailəsində anadan olub. O, Astarada orta məktəbin rus bölməsini bitirərək N. Nərimanov adına ATİ-nin müalicə-profilaktika fakültəsinin Azərbaycan bölməsinə daxil olub.

1968-ci ildə Bakıda namizədlik, 1974-cü ildə isə Moskvada doktorluq dissertasiyasını müdafiə edib. Hər iki dissertasiyada o dövrlər üçün ən yeni diaqnostika və müalicə üsulları tətbiq olunub və tibbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.

1975-ci ildə onun təşəbbüsü və səyləri nəticəsində Azərbaycan Tibb İnstitutunda urologiya kafedrası açılır. 1976-cı ildə Urologiya kafedrasının dosenti, 1977-ci ildə professoru, 1990-cı ildən isə kafedranın müdiri vəzifəsində çalışır.

Sudeif İmamverdiyev urologiyanın müxtəlif problemlərinə həsr olunmuş 280-dan çox elmi məqalənin, 8 monoqrafiyanın, 5 dərs vəsaitinin, 1 metodik vəsaitin, 1 dərsliyin, 13 səmərələşdirici təklifin və ixtiranın müəllifidir.

Alim elm sahəsində göstərdiyi xidmətlərə görə “Şöhrət” ordeni, Y. Məmmədəliyev adına medal və Əməkdar elm xadimi adına layiq görülüb. Alim, həmçinin elm sahəsində göstərdiyi xidmətlərə görə 2010-cu ildə Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü secilib, Elmi məktəbin yaradıcısı fəxri adına layiq görülüb və cərrahi urologiyada ixtiraçılıq və səmərələşdirici təklif vermək fəaliyyətinə görə "Nobel" medalı ilə təltif olunub.

O, məşhur "91"-lər sırasında olaraq Yeni Azərbaycan Partiyasının yaradıcılarından biridir.

 

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
Bu gün, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Bu gün, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
Bu gün, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
Dünən, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
Dünən, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
Dünən, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
Dünən, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
Dünən, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
Dünən, 13:30

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 12:55

Sabirabadda oğul anasını amansızlıqla döydü

Bütün xəbərlər
Dünən, 12:20

43 yaşlı Saatlı sakini təcili yardım mərkəzinin həyətində öldü

Bütün xəbərlər
Dünən, 11:52

Masallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama

Bütün xəbərlər
Dünən, 11:07

Qulağı kəsilən cəlilabadlı "İmişli balasıyam" deyəni öldürdü

Bütün xəbərlər
Dünən, 10:30

Monqolustandan gətirilən quzu əti bahalaşdı

Bütün xəbərlər
Dünən, 09:50

19 yaşlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:13

FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 00:01

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
01 oktyabr 2026, 19:00

Sentyabrda havanın temperaturu normadan yuxarı olub

Bütün xəbərlər
01 oktyabr 2026, 18:02

Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib

Bütün xəbərlər
01 oktyabr 2026, 17:15

"Son damla qanıma kimi döyüşəcəyəm" deyən şəhidimiz

İqtisadiyyat
01 oktyabr 2026, 16:40

Masallıda 2 kəndin yolu yenilənib

Oxşar xəbərlər