Bu gün, 14 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi baş tutacaq. Bu haqda məlumatı Cenublu.az verir.
Tədbir Milli Məclisdə keçirilir. Mərasimdə Azərbaycanın dövlət rəsmiləri, Milli Məclisin deputatları iştirak edirlər.
Qeyd edək ki, 7 fevral tarixində Azərbaycan Prezidentini müəyyən etmək üçün keçirilmiş növbədənkənar prezident seçkilərində İlham Əliyev 92,12% səslə qalib gəlib.