Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lənkəran rayonuna səfər edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 yanvar tarixində verir.
Dövlət başçısı ilk öncə “Lenk Frut” MMC-nin Lənkəran rayonunun Separadi kəndində yeni salınmış sitrus bağında yaradılan şəraitlə tanış olub.
Daha sonra rayonun Qurumba kəndində yerləşən Lənkəran regional “ASAN xidmət” mərkəzinin və yeni inşa edilmiş müasir penitensiar kompleksin açılışlarını edib.
Səfər çərçivəsində Prezident, həmçinin “Laran” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qənnadı məhsullarının istehsalı müəssisəsində olub.
Sonda o, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
[URIS id=52028]