Masallı-Lənkəran avtomobil yolunun kənarında ovladıqları quşların satışı ilə məşğul olan lənkəranlılar tutulublar. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 fevral tarixində Report.az-a istinadən verir.
Dövlət Xidməti və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları qeyri-qanuni yollarla əldə edilmiş vəhşi heyvan və quş ətinin satışı və istifadəsinin qarşısının alınması ilə bağlı monitorinqlər keçiriblər. Araşdırma zamanı Lənkəran rayonu, Şirinquyu kənd sakini Elməddin Niftullayev, Qumbaşı kənd sakinləri Emin Əliyev və Samir Musayev saxlanılıblar. Onlardan 10 baş çöl quşu müsadirə edilib.
Yoxlamalar davam edir.