Neftçala rayonunun bəzi yaşayış məntəqələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Cenublu.az xəbər verir ki, buna səbəb təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işlərinin aparılmasıdır.
Bildirilib ki, sabah saat 09:00-dan etibarən işlər başa çatanadək Neftçala şəhərinin, eləcə də Həsənabad, Bankə və Şəbəkə qəsəbələrinin, həmçinin Kürkənd, Mirqurbanlı və Günəşli kəndlərinin qaz təchizatı dayandırılacaq.
Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.