Neftçala şəhərində yanğın hadisəsi baş verib.
Hadisə ötən gün saat 19 radələrində şəhərin M.Əsədov küçəsində, Sahil mühafizəsinin cənub regional şöbəsinin həyətyanı sahəsində qeydə alınıb.
Yanğınla bağlı Neftçala rayon Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovu söndürüblər.
Hadisə nəticəsində 3,7 hektar sahədə kol-kos yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Yanğının başvermə səbəbləri araşdırılır.