Bakı şəhərinin Binəqədi rayonunda yerləşən mebel sexində baş vermiş partlayış nəticəsində həlak olanlardan biri Cəlilabad rayon sakini Fərid Qurbanovdur. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 yanvar tarixində verir.
Onun cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, hadisə nəticəsində artıq 9 nəfər həlak olub. Hazırda axtarış işləri davam edir.