Cəlilabad rayon Mərkəzi Xəstəxanasının həkimi, məşhur kardioloq Günel Cəfərovanın atası, Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert şurasının üzvü – elmi katibi Şəfa Əliyevin qanunsuz əməlləri ifşa edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 iyul tarixində verir.
Baş Prokurorluqdan verilən məlumata görə, əməliyyat-istintaq tədbirləri ilə Şəfa Əliyevin işlədiyi qurumun vəzifəli şəxslərinin qərarlarına həqiqi təsir imkanlarından istifadə edərək müxtəlif şəxslərdən aldığı pul müqabilində onlara elmi dərəcələrin verilməsinə nail olmasına əsaslı şübhələr müəyyən edilib.
Şəfa Əliyev barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.
Qeyd edək ki, iqtisad elmləri doktoru Şəfa Əliyev Sumqayıt Dövlət Universitetinin professoru, Beynəlxalq İqtisadçılar Assosiasiyasının, Yeni Azərbaycan Partiyasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.