Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Təzəkənd, Sərçuvar, Xıl və Göyəçöl ərazilərində görüş təşkil edib. Bu haqda bu gün, 12 avqust tarixində Cenublu.az xəbər verir.
Görüşdə adıçəkilən kəndlərin sakinləri iştirak ediblər. İcra başçısı ərazilərdə olan Birinci və İkinci Qarabağ müharibələri şəhidlərinin məzarlarını, abidə komplekslərini ziyarət edib. Bütün görüşlərdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Araz Əhmədov ağsaqqallar, şəhid valideynləri, qazilər, ziyalı və sadə vətəndaşlarla görüşüb və onların müraciətlərini dinləyib. Kənd sakinləri yaşadıqları ərazilərin problemlərini rayon rəhbərinə çatdırıb, kömək göstərilməsini xahiş ediblər.
Sonda bütün təklif və xahişlər həlli üçün qeydiyyata götürülmüşdür.