Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Ziya Ağayev saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 yanvar tarixində verir.
Bakı şəhərində Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər keçirilib. Nəticədə Masallı sakini, 45 yaşlı Ziya Ağayevin üzərindən 1 ədəd “Makarov” markalı tapança, 7 ədəd patron və 1 ədəd patron darağı müsadirə edilib. O tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.