Masallıda yol qəzası zamanı 1 nəfər xəsarət alıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 iyun tarixində Report.az-a istinadən verir.
Qəriblər kəndində “Mercedes” markalı 2 minik avtomobili toqquşub və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəqliyyat vasitəsindən 1 nəfər yaralı vəziyyətdə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.