Masallı rayonunda yarasız vəziyyətdə çağırışlara gedən təcili tibbi yardım maşınının görüntüləri sosial şəbəkələrdə yayılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 yanvar tarixində Baku TV-yə istinadən verir.
44-AC-447 dövlət nömrə nişanlı təcili yardım avtomobilinin bu vəziyyətdə istifadədə olunması vətəndaşlar arasında narazılığa səbəb olub. Onlar iddia edirlər ki, təcili tibbi yardım avtomobilinin, hətta qapıları bağlanmır.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, yayılan videogörüntülər araşdırılıb:
“Sözügedən nəqliyyat vasitəsinin istismar müddəti bitdiyinə görə uzun müddətdir ki, xidmətdən kənarlaşdırılıb. Çəkiliş aparılmış nəqliyyat vasitəsi xidməti avtomobil deyil”.