Masallı rayonunun Binə Xocavar kəndində yanğın qeydə alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 dekabr tarixində verir.
Ümumi sahəsi 45 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə alışıb. Həmçinin yaxınlıqda ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli evin 1-ci mərtəbəsində plastikdən ibarət qapı əriyib.
Əraziyə yanğından mühafizə bölmələri cəlb olunub. Tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə edilib. Alov söndürülüb.