Masallıda "Şuşa, sən azadsan!" sənədli filminin nümayişi baş tutub. Bu haqda bu gün, 12 avqust tarixində Cenublu.az Masallı rayon Heydər Əliyev Mərkəzinə istinadən xəbər verir.
Filmin nümayişi Masallı rayon Heydər Əliyev Mərkəzinin "3D Kinozal"ında baş tutub. Tədbirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinə üzv olan gənclər iştirak ediblər.
Filmdə Şuşanı işğaldan azad edən qəhrəman Xüsusi təyinatlılarımızın keçdikləri döyüş yolu, Şuşa əməliyyatını həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri və əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alır.
Qeyd edək ki, “Şuşa, sən azadsan!” filminin rejissoru Cavidan Şərifov, prodüserləri Nazim Hüseynov və Orman Əliyevdir.