Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Masallı Peşə məktəbində “Su hövzələrində təhlükəsizlik tədbirləri” mövzusunda tədbir keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 iyun tarixində verir.
Tədbirdə peşə məktəbinin kollektivi, rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak ediblər. Tədbirdə su hövzələrində təhlükəsizlik tədbirləri, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi qaydaları haqqında iştirakçılara geniş məlumat verilib.
İnteraktiv formada keçirilən tədbir zamanı suallar ətraflı cavablandırılıb, mövzuya uyğun videoçarxlar nümayiş olunub.