Masallıda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Sündü” qısametrajlı bədii filmi nümayiş edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 mart tarixində verir.
Əvvəlcə şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra gənclərə soyqırımı haqqında məlumat verilib.
Filmin təqdimatı Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin, Masallı Gənclər Evi SXM-in birgə təşkilatçılığı ilə baş tutub.