Masallı şəhər 1 nömrəli məktəbində “İnternet təhlükəsizliyi” mövzusunda təlim keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 iyun tarixində verir.
Təlim Uşaq Səfirlər Məclisinin Masallı üzrə regional nümyanədəsi Nuray Musayevanın təşkilatçılığı, Rayon İcra Hakimiyyətinin dəstəyi ilə reallaşıb. Burada internet təhlükəsizliyinin mahiyyətindən, vacibliyindən söz açılıb, baş verən müxtəlif situasiyalarda görülə biləcək tədbirlərdən danışılıb. Seminar iştirakçıların mövzu ətrafında diskussiyası ilə davam edib.