Masallı rayonunda noxud sahələri iki dəfə artıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 mart tarixində Report.az-a istinadən verir.
Noxud bitkisi rayonun bir neçə kəndində əkilir. Fermerlərin sözlərinə görə, noxud məhsulu yaxşı satıldığı üçün bu bitkinin əkininə üstünlük verilir.
Onların bildirdiyinə görə, əsasən, Pakistandan gətirilən noxud toxumu əkilir. Çünki bu toxumlar yüksək məhsuldarlığa malikdir. Həmçinin xəstəlik və zərərvericilərə qarşı dözümlüdür.
Qeyd edək ki, ötən il Masallı rayonunda 259 hektar sahədə noxud yetişdirilib. Bu il isə 400 hektarda noxud səpini planlaşdırılır.