Masallı rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə şəhər sakinlərinə "Narkomanlıqla mübarizə və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması" mövzusunda maarifləndirici bukletlər paylanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 aprel tarixində verir.
Kitabxananın əməkdaşları narkotik maddələrdən istifadənin insan həyatına zərərlərindən bəhs ediblər. Onlar gənclərin və məktəblilərin diqqətinə çatdırıblar ki, narkotikə aludəçilik təkcə insanın fiziki sağlamlığına zərər vurmur, həm də insan şəxsiyyətinin tənəzzülünə yol açmaqla, onu cəmiyyətdən təcrid edir.
Yekunda kitabxananın əməkdaşları gənclərə narkotik vasitələrdən uzaq durmağı tövsiyə ediblər.