Masallıda 28 May – Müstəqillik Günü münasibətilə konsert proqramı keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 may tarixində RİH-yə istinadən verir.
Tədbir N.Gəncəvi adına rayon Mədəniyyət Mərkəzində baş tutub. Burada rayon icra başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də rayon ağsaqqalları, ziyalıları, media əməkdaşları və gənclər iştirak ediblər.
Konsert ulu öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin solistləri və Onbirillik İncəsənət məktəbi şagirdlərinin ifasında canlı musiqi səsləndirilib.