top
Masallıda “Mübariz” filminin təqdimatı baş tutub
14 iyul 2023, 05:58
- ↺ +

Masallıda “Mübariz” filminin təqdimatı baş tutub

Masallıda Milli Qəhrəman Mübariz İbrahimov haqqında çəkilən bədii filmin təqdimatı olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 iyul tarixində verir.

Rayon Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və digər rayon rəsmiləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Təqdimat öncəsi Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad olunub.

Sonra “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin istehsalı olan “Mübariz” tammetrajlı bədii filmi nümayiş edilib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasında mühüm əhəmiyyətə malik “Mübariz” filminin ərsəyə gəlməsində zəhməti olan hər kəsə, eləcə də yaradıcı heyətə minnətdarlığını bildirib, Azərbaycanın igid, qəhrəman övladlarının ümumiləşdirilmiş obrazı kimi təqdim edilən Mübariz İbarahimovun ömür və döyüş yolundan bəhs edən filmin çəkilişini yüksək dəyərləndirib.

Filmin baş prodüseri və ssenari müəllifi Nicat Mənalı, quruluşçu rejissoru Natiq Novruzov, aktrisa Flora Hüseynova çıxışlarında qeyd ediblər ki, 2 ilə yaxın müddətə başa gələn 90 dəqiqəlik film qəhrəmanımızın beş yaşından şəhidlik zirvəsinə qədər ucalan şərəfli həyat yolundan bəhs edir. Çəkilişlər ölkəmizin müxtəlif bölgələrində, o cümlədən qəhrəmanımızın doğulduğu doğma Biləsuvar rayonunda və döyüşüb şəhadətə qovuşduğu Tərtər rayonunda yerləşən hərbi mövqedə aparılıb.

Tədbirin sonunda filmin ssenari müəllifi Nicat Mənalı və quruluşçu rejissoru Natiq Novruzova Masallı rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanları təqdim olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
Bu gün, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
Bu gün, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
Bu gün, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Bu gün, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
Bu gün, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
Dünən, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
Dünən, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
Dünən, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
Dünən, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
Dünən, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
Dünən, 13:30

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 12:55

Sabirabadda oğul anasını amansızlıqla döydü

Bütün xəbərlər
Dünən, 12:20

43 yaşlı Saatlı sakini təcili yardım mərkəzinin həyətində öldü

Bütün xəbərlər
Dünən, 11:52

Masallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama

Bütün xəbərlər
Dünən, 11:07

Qulağı kəsilən cəlilabadlı "İmişli balasıyam" deyəni öldürdü

Bütün xəbərlər
Dünən, 10:30

Monqolustandan gətirilən quzu əti bahalaşdı

Bütün xəbərlər
Dünən, 09:50

19 yaşlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:13

FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 00:01

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
01 oktyabr 2026, 19:00

Sentyabrda havanın temperaturu normadan yuxarı olub

Bütün xəbərlər
01 oktyabr 2026, 18:02

Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib

Oxşar xəbərlər