Masallı şəhərində ötən il setifikatlaşdırma imtahanlarında uğur qazana bilməyən Azərbaycan dili və ibtidai sinif müəllimləri üçün təlimlər keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 fevral tarixində Azərforum-a istinadən verir.
Sessiyalar R.Əlihəsənov adına 1 nömrəli və S.Tağıyev adına 4 nömrəli tam orta məktəblərdə baş tutub. Təlimlər zamanı müəllimlərə İKT ilə işləmək və onlardan düzgün istifadə etmək bacarıqları barədə məlumat verilib.
Seminarlar bu sahədə təcrübəsi olan və sertifikatlaşdırma imtahanlarında yüksək nəticələr göstərmiş peşəkar müəllimlər tərəfindən həyata keçirilib.