Masallı rayonunun Göyəçöl kənd N.Həsənov adına tam orta məktəbinin yuxarı sinif şagirdləri üçün“Erkən nikah” mövzusunda görüş təşkil edilib. Bu haqda bu gün, 12 fevral tarixində Cenublu.az xəbər verir.
Tədbirdə şagirdlərə erkən nikahın səbəbləri, 18 yaşına çatmamış şəxslərin nikaha daxil olacaqları halda hansı tibbi, hüquqi, psixoloji, sosial-iqtisadi və digər problemlərlə qarşılaşacaqları izah olunub. Həmçinin dünyada və ölkəmizdə erkən nikah hallarının baş verməsi ilə bağlı statistik məlumatlar verilib.
Sonda şagirdlərin sualları cavablandırılıb.