Masallıda ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 may tarixində Report.az-a istinadən verir.
Araşdırma zamanı rayonun R.Nəbiyev adına Təzəkənd kənd məktəbinin həyətində Fəxrəddin Babayev tərəfindən ağaclar və kolların qanunsuz kəsildiyi məlum olub.
Faktla bağlı akt tərtib olunub. Yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.