Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Şərəfə kənd Folklor Evinin əməkdaşları xüsusi qayğıya ehtiyacı olan uşaqları ziyarət ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 iyun tarixində verir.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində işçilər Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi sosial xidmətlər agentliyinin Masallı Günərzi Qayğı Mərkəzini ziyarət ediblər.
Uşaqları bayram münasibətilə təbrik edən muzeyin direktoru Əntiqə Tağıyeva, folklor evinin müdiri Dürdanə Hüseynova xüsusi qayğıya ehtiyacı olan körpələrə hədiyyələr verərək onları sevindiriblər.