Masallıda “Baramaçılıq müasir dövrdə” adlı tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 iyun tarixində verir.
Tədbir Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə reallaşıb. Masallı Regional Kollecinin tələbə və müəllim kollektivinin iştirakı ilə keçirilən ekskursiya formatlı tədbir Türkoba və Hişkədərə kənd inzibati ərazi üzrə nümayəndəliyinin dəstəyi ilə baş tutub.
Muzeyin direktoru Əntiqə Tağıyeva və Hişkədərə kənd ərazi nümayəndəliyinin əməkdaşı Siyasət Şahverdiyevin bələdçiliyi ilə iştirakçılara barama istehsalı haqqında məlumatlar verilib.