top
Azərbaycanın Milli Qəhrəmanı Soltanağa Bayramovun ad günüdür
Bu gün, 10:00
- ↺ +

Azərbaycanın Milli Qəhrəmanı Soltanağa Bayramovun ad günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Soltanağa Bayramovun doğum günüdür.

Soltanağa Nəhmət oğlu Bayramov 1936-cı il sentyabrın 17-də Lənkəran rayonunun Şürük kəndində anadan olub.

O, orta təhsilini Astara rayonunda alıb. 1957-ci ildə Lənkəran Tibb Məktəbini bitirib və təyinatla Lənkəran hərbi hospitalında işləməyə başlayıb. 1967-ci ildən fizioterapevt, daha sonra isə rentgenoloq-texnik vəzifələrində çalışıb. Soltanağa Bayramov hospitalda işlədiyi müddətdə "Səhiyyə əlaçısı" adına layiq görülüb.

O, Milli Ordunun çoxsaylı əsgərlərini müalicə edərək həyata qaytarıb. 1990-cı illərin əvvəllərində "Talış-Muğan Respublikası" yaratmaq məqsədi ilə Əlikram Hümbətovun başçılıq etdiyi silahlı dəstə cənub bölgəsində ağır cinayətlər törədirdi. 1993-cü il avqustun 23-də həmin silahlılar hərbi hospitala hücum edərkən Soltanağa Bayramov onlara müqavimət göstərib. O, ağır yaralanaraq xəstəxanada vəfat edib.

Soltanağa Bayramov Lənkəran şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

O, ölümündən sonra - 1993-cü il avqustun 24-də "Azərbaycan Respublikasının Milli Qəhrəmanı" adına layiq görülüb. Lənkəran şəhərindəki küçələrdən biri onun adını daşıyır, şəhərdə büstü ucaldılıb. Həmçinin Soltanağa Bayramovun yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

Son xəbərlər

Kriminal
Bu gün, 11:50

Ağac parçası ilə döyülən qadın məhkəmədə ərini bağışladı

Kriminal
Bu gün, 11:10

Dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 10:35

Şəhid Şahid Əhmədlinin doğum günüdür

Kriminal
Bu gün, 09:35

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 09:19

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 00:05

17 Oktyabr - Füzuli Şəhəri Günüdür

Siyasət
Bu gün, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Siyasət
Bu gün, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Bütün xəbərlər
Dünən, 17:50

Gömrükdə nüfuz alverində ittiham edilən şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib

Bütün xəbərlər
Dünən, 17:20

Səyyar "ASAN xidmət" Yardımlıda fəaliyyət göstərir

Cəmiyyət
Dünən, 16:45

Azərbaycanda nikahların və boşanmaların sayı azalıb

Bütün xəbərlər
Dünən, 16:10

Sabah hava necə olacaq?

İqtisadiyyat
Dünən, 15:35

Azərbaycanda mənzillər 8%-dən çox bahalaşıb

Bütün xəbərlər
Dünən, 15:00

Qoşqar Təhməzli: Evdə hazırlanan konservlərə sertifikat tələbi barədə məlumat yanlışdır

Cəmiyyət
Dünən, 14:25

Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb

Bütün xəbərlər
Dünən, 13:50

"Nənələr" qrupunun üzvünün müharibədə ölən oğlu Lənkəranda dəfn edildi

Cəmiyyət
Dünən, 13:15

Lənkəranda parkda işlədilər fəhlələrin maaşı verilmədi: şirkət cərimələndi

Kriminal
Dünən, 12:40

Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə hökm oxunub

Bütün xəbərlər
Dünən, 12:05

Hərbçilərin əməkhaqları artırılır

Kriminal
Dünən, 11:30

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

İqtisadiyyat
Dünən, 11:00

Masallı və Biləsuvarda məktəb tikintisinə milyonlarla manat ayrılıb

Bütün xəbərlər
Dünən, 10:25

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:50

Lənkəranda küçə zibilliyə çevrilib - VİDEO

Oxşar xəbərlər