Masallıda itkin düşmüş yeniyetmə tapılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 iyun tarixində Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verir.
Hadisə iyunun 1-də qeydə alınıb. Çaxırlı kəndi ərazisində itkin düşmüş 16 yaşlı qız tapılaraq aidiyyəti üzrə təhvil verilib.