Masallıda “İnsan hüquq və azadlıqlarına hörmət hüquqi, mənəvi borcumuzdur” mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 iyun tarixində verir.
Tədbir Masallı Tarix-Diyarşünaslıq Muzeyində baş tutub. Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin, Ombudsmanın Cənub Regional Mərkəzi, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları, mədəniyyət nümayəndələri, gənclər iştirak ediblər.
Layihə “18 may - 18 iyun İnsan hüquqları aylığı” çərçivəsində təşkil olunub.