Masallıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş inşa müsabiqəsi başa çatıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 may tarixində verir.
Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində müsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Müsabiqədə münsiflərin rəyinə görə, Viləş kənd yaradıcılıq evi I, Çaxırlı kənd yaradıcılıq klubu II, Musaküçə kənd sənətkarlıq evi III yeri tutub. Sonda qaliblərə təşəkkürnamələr təqdim olunub.