Masallıda ilin yekunlarına həsr olunmuş tədbir baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 dekabr tarixində verir.
"Heydər Əliyev İli" çərçivəsində keçirilən tədbir sərgi ilə başlanılıb. Daha sonra bir sıra qurumlar və rayonun aktiv gəncləri, həmçinin müxtəlif yarışlarda yer tutan gənclər mükafatlandırılıblar.
Tədbir konsert proqramı ilə başa çatıb.
Görüşdə şəhid ailələri, qazilər, rayonda fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri və əməkdaşları, cənub regionunda fəaliyyət göstərən gənclərlə iş sahəsində çalışan qurumların rəhbərləri və nümayəndələri, Heydər Əliyev mərkəzlərinin direktorları, media nümayəndələri, təhsil işçiləri iştirak ediblər.