Masallı rayonunun Mahmudavar kəndində ikimərtəbəli evdə yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verir.
Ümumi sahəsi 400 kvadratmetr olan 6 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov söndürülüb.