Masallı rayon İcra Hakimiyyətinin başçısı Ərkivan qəsəbə sakinləri ilə görüşüb. Bu haqda bu gün, 11 avqust tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.
Səyyar qəbul-görüşün öncəsində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Araz Əhmədov vətəndaşların qayğıları ilə maraqlanıb. İcra başçısı sakinlərin əksər məsələlərini yerindəcə həll edib, digər məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib.
Araz Əhmədov Ərkivan qəbiristanlğında şəhidlərimizin məzarlarını ziyarət edib.