Masallı şəhər Onbirillik İncəsənət Məktəbində hesabat konserti keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 iyun tarixində verir.
Tədbirdə Lənkəran–Astara Regional Mədəniyyət İdarəsi aparatının, Masallı Gənclər və İdman sektorunun, rayon İcra Hakimiyyətinin əməkdaşları, valideynlər və məktəbin kollektivi iştirak ediblər.
Məktəbin foyesində təşkil olunan sərgiyə baxış keçirildikdən sonra başlayan konsertdə xarici və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.