Masallı rayon Mərkəzi Kitabxanasının Çaxırlı kənd kitabxana filialında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 dekabr tarixində verir.
Tədbirdə Çaxırlı kənd orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər. İlk növbədə ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü haqda danışıblar. Sonda şagirdlər Yeni il və bayram personajları haqqında şeirlər söyləyiblər.