Masallıda gənclər üçün "Gəncin bir günü" devizi altında incəsənət sahəsi üzrə ustad dərsləri həyata keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 iyun tarixində verir.
Layihə Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı bölməsi tərəfindən icra edilib.
Rəsm müəllimi Lalə Nəzərovanın təqdimatında "Rəssamlıqda incə cizgilər", musiqiçi Aysel Nərimanovanın təqdimatında "Mövzu: Səs", rəqs müəllimi Gündüz Babayevin təqdimatında "Milli rəqsin sirləri" mövzularından bəhs edilib. Gənclərin iştirakı ilə praktiki təcrübələr həyata keçirilib.