Masallıda intihar hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 may tarixində Oxu.az-a istinadən verir.
Kolatan kənd sakini, 20 yaşlı Sənan Muradov özünü yaşadığı kəndin ərazisində yerləşən Böyük Kolatan gölünə atıb. O, boğularaq ölüb.
Oğlanın meyiti kənd sakinləri tərəfindən göldə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.