Masallı rayonunun Təzə Alvadı kəndində ikimərtəbəli evdə yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verir.
Ümumi sahəsi 240 kvadratmetr olan evin 2-ci mərtəbəsinin və çardağının yanar konstruksiyaları 120 kvadratmetr sahədə yanıb. Hadisə zamanı 1 nəfər tüstüdən zəhərlənib. Alov söndürülüb.