top
Masallıda DƏHŞƏT: 35 il sonra qovuşmaq istəyən cütlüyün faciəvi sonluğu - VİDEO
24 mart 2025, 01:00
- ↺ +

Masallıda DƏHŞƏT: 35 il sonra qovuşmaq istəyən cütlüyün faciəvi sonluğu - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Masallı sakini qisas almaq məqsədi ilə həmkəndlisini öldürüb.

Cenublu.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Belə ki, təqsirləndirilən Aslan Ağazadə 1994-cü ildə Masallı rayonunda anadan olub. O, həmkəndlisi Seymur Alişanova qarşı illərdir içində kin bəsləyib. Buna səbəb Seymurun 9 il əvvəl Rusiyada əmisini öldürməsi, daha sonra əmisi arvadı Şəmsiyyə ilə sevgi münasibəti yaşaması olub.

Aslan ötən ilin may ayında Seymurun Rusiyadan Masallıya gəldiyi xəbərini aldıqda onu öldürmək qərarına gəlib. Cinayətkar niyyətini həyata keçirmək üçün evdə saxladığı ov tüfəngini və qatlanan bıçağı götürərək Seymurun yemək yediyi kafeyə gəlib. Qisas niyyəti ilə əvvəlcə tüfəngdən atəş açıb, ardınca bıçaqla 5 dəfə xəsarət yetirib.

Aslan Ağazadə Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4 və 232.1-ci maddələri ilə təqsirləndirilib.

Təqsirləndirilən Aslan Ağazadənin hadisəni anlaqsız törətdiyi məlum olub. O, ibtidai istintaqda verdiyi ifadədə özünü təqsirli bilməyib:

“Seymur Alişanov təxminən 9 il bundan əvvəl Rusiya Federasiyasının Murmansk şəhərində yaşayan əmim Cabiri bıçaqlayıb. Hadisədən sonra oradan qaçaraq Azərbaycana gəldiyi üçün onu öldürməyə fürsət tapa bilmədim. Ötən ilin may ayında Masallıya gəldiyini eşitdim. Eşitdim ki, əmim arvadı Şəmsiyyə ilə görüşür, sevgi münasibəti yaşayır. Hadisə günü təsadüfən kafedə Seymurun oturduğunu gördüm. Tüfəngi götürüb “Sən idin əmimi öldürən” deyərək atəş açdım. Daha sonra cibimdən qatlanan bıçağı çıxararaq bir neçə dəfə bıçaqladım”.

Daha sonra məhkəmədə zərərçəkmiş Seymur Alişanovun hüquqi varisi, qardaşı ifadə verib:

“Qardaşım 15-16 yaşından Şəmsiyyəni sevib. Anam qıza elçi gedib və onun “hə”sini almışdı. Şəmsiyyə subay vaxtı Seymurun sözlüsü olub. Ailələr arasında söz kəsildikdən sonra qardaşım hərbi xidmətə yollandı. Aslanın əmisi Cabir Nuriyev qardaşımla dost olmasına baxmayaraq, Şəmsiyyəni qaçıraraq onunla ailə qurdu. Seymur əsgərlikdən gələndən sonra heç kimə heç nə demədən Rusiyaya getdi.

Orada Cabiri bıçaqladığı üçün 14 il həbs cəzası aldı. Daha sonra Rusiya-Ukrayna müharibəsində könüllü iştirak etdiyi üçün həbsdən azad olundu. Anamı görmək üçün Masallıya gəldi. Cabirin qardaşı Qabil Seymura zəng edib “çaşıb Şəmsiyyəyə yaxın getsən, səni öldürərəm” deyib.

Hadisə günü qardaşım dostu ilə kafeyə çay içməyə gedib. Sonra da belə xəbərini aldıq.

Anlaqsız adam bir ay Seymuru necə güdə bilər? Anlaqsız adam çörək zavodunda necə işləyir? Aslan anlaqsız olmayıb, bilərək edib”.

Məhkəmədə Şəmsiyyə şahid qismində dindirilib. O, uşaqlıqdan Seymuru sevdiyini etiraf edib:

“15-16 yaşımdan Seymur Alişanovla istəkli olmuşuq. Seymurun anası bizə gələrək “həri”mi almışdı. Sonradan Seymur əsgər getdi. Həmin müddətdə onun yaxın dostu Cabir Nuriyev məni zorla qaçırdı. Cabirə onu istəmədiyimi, ondan ayrılacağımı və Seymura ərə gedəcəyimi dedim.

Cabir Nuriyevlə evlilikdən iki qız övladımız oldu. Artıq 15 ildir ki, boşanmışam və onunla heç rəsmi nikaha da girməmişdim. Yaşadığım evi də atam tikib. Seymurun həbsdən çıxıb gəldiyini eşitdim. O, məni qardaşımdan istəyəcəkdi və biz evlənəcəkdik. Hadisədən əvvəl Qabil Nuriyev zəng edərək dedi ki, “eşitmişəm, Seymur deyib ki, Şəmsiyyə ilə evlənəcəm”. Mən də cavabında “mənim həyatıma qarışa bilməzsən, mən onunla ailə quracam” dedim. Aslan anlaqlı olmasa, onu 10 gün güdməzdi. Hər şeyi bilərək edib”.

Məhkəmədə aparılan istintaq və tərəflərin çıxışları ilə Aslan Ağazadənin hadisəni anlaqsız törətdiyi bir daha sübuta yetirildiyi üçün cinayət məsuliyyətindən azad edilib.

Onun barəsində psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib.

Fidan İlqar


 











View this post on Instagram























 

A post shared by Cenublu.Az (@cenublu.az)


Son xəbərlər

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Dünən, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
08 noyabr 2026, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
08 noyabr 2026, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Oxşar xəbərlər