top
Masallıda DƏHŞƏT: 16 yaşlı qız 20 yaşlı əmisi oğlundan hamilə qaldı
03 aprel 2025, 06:07
- ↺ +

Masallıda DƏHŞƏT: 16 yaşlı qız 20 yaşlı əmisi oğlundan hamilə qaldı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Masallıda 20 yaşlı oğlan əmisi qızına qarşı seksual hərəkət edib.

Cenublu.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Masallı Rayon Məhkəməsində keçirilib.

Belə ki, təqsirləndirilən Asəf Seyidov (ad şərtidir) 2004-cü ildə Masallı rayonunda doğulub. O, 16 yaşına çatmayan, 2008-ci il təvəllüdlü zərərçəkmiş əmisi qızı Sevinc Seyidovaya (ad şərtidir) qarşı nənəsinə məxsus evdə seksual hərəkətlər edib. Belə ki, qızın razılığı ilə onunla öpüşüb-sevişib və qızlıq pərdəsinin anatomik tamlığını pozaraq təbii yolla cinsi əlaqədə olub.

Asəf Seyidov Azərbaycan Respublikası CM-nin 152.1-ci (seksual xarakterli hərəkətlər) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Asəf Seyidov özünü təqsirli bilib:

“Nənəmlə birlikdə Masallı rayonu, Qızılağac kəndində yaşayıram. 2024-cü ilin fevral ayının əvvəllərindən Sevincgilə gedib-gəldim və ona qarşı sevgi hissi yarandı. Bunu Sevincə dediyim vaxtdan bəri onunla aramızda qarşılıqlı sevgi münasibəti yaranıb. Evlənmək üçün qoşulub qaçmaq barədə razılığa gəldik. Bir gün Sevinci nənəmin evinə gətirdim. Hər ikimizin razılığı ilə cinsi əlaqədə olduq. Bir müddət sonra Sevinc hamilə olduğunu dedi.

Həmin gün qızın razılığı ilə onu nənəmin evinə gətirdim. Daha sonra nənəmə hər şeyi danışdıq. O da əmim və əmim arvadına zəng edərək bu barədə məlumat verdi. Noyabrın 30-u həkim müayinəsinə getdikdən sonra polis şöbəsinə aparıldım. Əməlimdən peşmanam”.

Məhkəmə istintaqı zamanı zərərçəkmiş Sevinc Seyidova ifadə verib:

“Ötən ilin fevral ayının əvvəllərindən bəri əmim oğlu Asəflə bir-birimizi sevirik. Bir müddət gizli söhbət edərək danışdıq. Aprel ayının əvvəllərində onunla evlənmək məqsədi ilə qaçmağa razılaşdıq. Asəf bizim evə gələrək məni götürdü. Onunla birlikdə nənəmin evinə qaçdıq. Hər ikimizin istəyi ilə cinsi əlaqədə olduq. Sonra Asəf məni yaşadığımız evə gətirdi. Bir neçə ay sonra davamlı aybaşı olmadığımı görüb, test sayəsində hamilə olduğumu öyrəndim.

Yenidən Asəflə nənəmin evinə qaçdıq. Nənəm bu barədə bildikdən sonra ailəmə xəbər verdi. Noyabrda məni həkim müayinəsinə apardıqdan sonra polis əməkdaşları Asəfi şöbəyə aparıb”.

Məhkəmənin qərarı ilə Asəf Seyidov 1 il müddətinə azadlıqdan məhrum edilib.

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Dünən, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
08 noyabr 2026, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
08 noyabr 2026, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
08 noyabr 2026, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Oxşar xəbərlər