Masallı Mərkəzi Kitabxanasında Müslüm Maqomayevin anadan olmasının 80 illiyi ilə əlaqədar tədbir keçirilib. Bu haqda bu gün, 18 avqust tarixində Cenublu.az kitabxananın rəsmi Facebook səhifəsinə istinadən xəbər verir.
Görkəmli opera və estrada mügənnisi, bəstəkar Müslüm Maqamoyevin anadan olmasının 80 illiyi qeyd olunub. Mərkəzi Kitabxanada keçirilən tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Rasif Dadaşov M.Maqomayevin həyat və yaradıcılığı haqqında qısaca məlumat verib.
Yığıncağın sonunda kitabxananın digər əməkdaşı Şəmsurə Nəsirova mövzu ilə bağlı geniş məruzə edib.