Masallı rayonunda “Güclü qalib gəlsin“ adlı “Breyn-rinq” intellektual yarışma keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 dekabr tarixində verir.
Yarış “ASAN” intellektual inkişaf mərkəzində baş tutub. Burada Masallı sektorunun ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri biliklərini sınayıblar.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bilik mübarizəsinin sonunda qalib komandalara kubok, diplom və medallar təqdim olunub.
Tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə həyata keçirilib.