Masallıda görkəmli Azərbaycan bəstəkarı Süleyman Ələsgərovun 100 illiyi ilə əlaqədar tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 iyun tarixində verir.
Tədbir Masallı Rayon Mərkəzi Kitabxanasında təşkil olunub. Burada Süleyman Ələsgərovun yaradıcılığından - bəstələdiyi mahnılar, balladalar, çoxlu sayda hərbi marşlardan söhbət açılıb. Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.