Masallıda qazilərə, şəhid və aztəminatlı ailələrə qurban sovqatları paylanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 iyun tarixində verir.
Qurban bayramı münasibətilə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Masallı rayon komitəsinin maddi dəstəyi ilə mədəniyyət müəssisələrində çalışan qazi, şəhid və aztəminatlı ailələrə bayram sovqatı çatdırılıb.
Əvvəlcə MİHİ rayon komitəsinin sədri Vəkil İsmailov çıxış edərək Qurban bayramı münasibətilə mədəniyyət nümayəndələrini təbrik edib. Sonra tədarük olunmuş qurban ətləri ailələrə təqdim edilib.