Masallıda 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 may tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verir.
Rayonun Şərəfə kəndində “Hyundai” markalı minik avtomobili yol kənarındakı dəmir maneəyə çarpılıb. Qəza zamanı sürücü müxtəlif xəsarətlərlə sıxılmış vəziyyətdə qalıb. Aparılan xilasetmə tədbirləri nəticəsində vətəndaş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.