Rəcəb Tayyib Ərdoğanın Türkiyədə keçirilən prezident seçkilərində qalib gəlməsi münasibətilə Masallıda qurbanlar kəsilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 may tarixində Masallı Xəbərlərinə istinadən verir.
Belə ki, xeyriyyəçi iş adamları Fəxrəddin Bağışov, Ağakişi Bağışov, Elvin Bağışov və "Masallı Elektroniks"in rəhbəri Ruslan Bağışov qurbanlar kəsərək, ehtiyacı olan aztəminatlı ailələrə paylayıblar.